18:30 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Azərbaycanlı dizayner Rüfət İsmayıl

Azərbaycanlı modelyer dünyaca məşhur jurnalın üz qabığında

© Instagram / rufat_ismayil
CƏMİYYƏT
Qısa URL
67 0 0

Dizayner bu cür məşhur ulduz jurnalının üz qabığına düşdüyü üçün fəxr edir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Azərbaycanlı dizayner Rüfət İsmayılın şəkli ilk dəfə beynəlxalq kişi jurnalı olan "Men's Health"in türk versiyasının yeni nüsxəsinin üz qabığına düşüb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Rufat Ismayil (@rufat_ismayil)

Modelyerin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu, aylıq Amerika jurnalıdır və onun regional lisenziyalı versiyası dünyanın 45 ölkəsində, o cümlədən Türkiyədə nəşr edilir. Bu jurnalın ilk azərbaycanlı qəhrəmanı isə özüdür.

"Jurnalın türk komandası sosial şəbəkələrdə fəal surətdə idmanla məşğul olduğumu və sağlam həyat tərzini təbliğ etdiyimi gördükdə, məni "Men's Health"in qəhrəmanı olmağa dəvət etdilər. Bu, ötən ilin dekabrında baş verib. Həmin vaxt yaxşı formada deyildim və onların dəvəti mənim üçün əla motivasiya oldu. İdman məşqləri və düzgün qidalanma sayəsində 14 kq artıq çəkidən azad oldum. Hazırda əla fiziki formadayam və özümü əla hiss edirəm" - deyə İsmayıl bildirib.

Dizayner bu cür məşhur ulduz jurnalının üz qabığına düşdüyü üçün fəxr edir.

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.

Əsas mövzular