CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı modelin hovuz ziyafəti çılğın rəqsə çevrilib - VİDEO

© Instagram / laferideAzərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova
Azərbaycan əsilli ukraynalı model, Miss Ukraina-2015 gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova - Sputnik Azərbaycan
Abunə olmaq
Fəridə İbrahimova rəfiqələri ilə birlikdə Dubayın bahalı otellərindən birində istirahət edir

BAKI, 30 yanvar — Sputnik. Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova Dubayda "hamam ziyafəti" təşkil edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model ziyafətdən çəkilmiş çarxları Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Artıq bir neçə gündür ki, İbrahimova rəfiqələri ilə birlikdə Dubayın bahalı otellərindən birində istirahət edir. Qızlar gecə əylənmək məqsədilə hovuzun kənarında ziyafət təşkil ediblər və orada hamam xələtində müxtəlif musiqi sədaları altında çılğın rəqslər ediblər.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır. Nəinki Ukraynada, eləcə də Azərbaycanda bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox reklam layihələri ilə məşğuldur. Bu layihələrə xarici həmkarları ilə birlikdə qatılır.

Xəbər lenti
0