03:36 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
BMW avtomobili

Dövlət Komitəsi avtomobil qalmaqalına aydınlıq gətirdi

CC0 / Pexels / BMW Car
CƏMİYYƏT
Qısa URL
128 0 0

Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb

BAKI, 28 yanvar — Sputnik. "Son günlər bəzi elektron kütləvi informasiya vasitələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər".

Spunik Azərbaycan xəbər verir ki, bu barədə QMKİDK-nın məlumatında deyilir.

Bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib.

"Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb" – deyə məlumatda bildirib.

Xatırladaq ki, bəzi KİV-lərdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən il 179 min 444 manat qiymətində bir ədəd "BMW 740 Lİ" markalı xidməti avtomobil alınması barədə məlumatlar yer alıb.

Əsas mövzular