CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidИзмерение давления
Измерение давления - Sputnik Azərbaycan
Abunə olmaq
Sink çatışmazlığı zamanı natriumun böyük bir hissəsi orqanizmə qayıdır və bu da təzyiqin yüksəlməsinə səbəb olur

BAKI, 26 yanvar — Sputnik.  Alimlər qan təzyiqinin gözlənilməz səbəbini tapıblar. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqata görə, orqanizmdə sink çatışmazlığı olan zaman qan təzyiqi yüksəlir.

Пациентка проходит медицинский осмотр в одной из клиник города Баку - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bronxial astma insanların həyat fəaliyyətinə təsir etməyən xəstəlik imiş

Bu elementin çatışmazlığı böyrəklərin natriumu idarəetməsinə təsir göstərir. Böyrəklər ya onu reasorbsiya (təkrar qəbul etmək) edir, ya da orqanizmdən çıxarır.

Sink çatışmazlığı zamanı natriumun böyük bir hissəsi orqanizmə qayıdır və bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Yüksək təzyiqi olan insanların sidiyində natriumun aşağı olduğu müəyyən edilib.

Amerikanın Fiziologiya jurnalının məlumatına görə, bu proseslərin əlaqəsi yaxın zamanlarda müəyyən edilib. Alimlər laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Sink çatışmazlığı yaşayan siçanlar təzyiqdən əziyyət çəkməyə başlayıb, nəzarət qrupu isə (onlarda sink normal olub) sağlam qalıb. Sink çatışmazlığına görə, təzyiq yaşayan siçanlara sink verilən zaman sağlamlıqları qaydasına düşməyə başlayıb.

Xatırladaq ki, sink daha çox dənli bitkilərdə, qırmızı ətdə, şokoladda, qarabaşaqda var.

Xəbər lenti
0