00:45 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Qadına qarşı zorakılıq

Azərbaycanda ruhi xəstə olan kişidən arvadına və 5 övladına qarşı tükürpədici əməl

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
14426 0 0

Ata övladlarını içirdir, qadını onların gözü qarşısında cinsi əlaqəyə məcbur edirmiş

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda qadın zorakılığı ilə bağlı ağılasığmaz olay baş verib. Davamlı olaraq həyat yoldaşı tərəfindən döyülən qadın övladlarını evdə tək qoyaraq polisə müraciət edib. Polisin müdaxiləsi nəticəsində, ən böyüyü 15 yaş, ən kiçiyi isə 7 aylıq olan 5 uşaq analarına verilib.

Təhsilsiz olan 33 yaşlı qadın rayonlarımızın birində böyüyüb. Ailə qurduqdan sonra əri tərəfindən məruz qaldığı zorakılıqlara baxmayaraq, valideynləri qadına sahib çıxmaq istəməyib. Ata-anası tərəfindən də tərk edilən H.R. (şərti ad) məhz bu səbəbdən illərlə həyat yoldaşının zorakılığına dözməyə məcbur olub.

Artıq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən qadının qarşılaşdığı zorakılıqla bağlı daha ilginc məlumatlar ortaya çıxıb. Sığınacaqdan Sputnik Azərbaycan-a məlumat verilib ki, 2003-cü ildə ailə quran qadın illərlə həyat yoldaşının zorakılığına məruz qalıb.

"Əvvəllər rayonların birində yaşayan, sonra isə Bakıda kirayələrdə qalan ailədə ana hər gün uşaqların gözü qarşısında döyülüb, söyülüb, alçaldılıb. Həyat yoldaşı qadınla yanaşı, bu nikahdan dünyaya gələn 5 övladına da işgəncələr verib. Qadının dediyinə görə, əri onları çox incidirmiş. Hətta kişi arvadını və uşaqlarını spirtli içki qəbul etməyə məcbur edir və qadını uşaqlarının gözü qarşısında cinsi əlaqədə olmağa təhrik edirmiş" - deyə sığınacaqdan bildirilib.

"Qadının valideynləri isə deyirmiş ki, "kişidir, belə də olmalıdır, yoldaşının yanında qalmalısan". İllərdir bu səbəbdən zorakılığa dözən qadın artıq boşanmaq üçün müraciət etməyə hazırlaşır. Lakin həyat yoldaşı hazırda ona sevgi məktubları yazaraq peşmanlığını, haqsız yerə onu incitdiyini etiraf edib" – İctimai Birlikdən əlavə olunub.

Sığınacaqdan öyrəndiyimizə görə, qadının məktəb yaşlı 3 uşağından yalnız biri təhsil alır.

Qeyd edək ki, davamlı olaraq zorakılığa məruz qalan qadının həyat yoldaşı ruhi xəstə olmaqla yanaşı, həm də Hepatit C xəstəliyindən əziyyət çəkir. Deyilənə görə, hazırda xəstəxanada müalicə alır.

Əlaqədar

Əri qadını qaz ilə döyərək öldürdü
Ağdamda qadın əməliyyat zamanı ölüb
Qadın qətllərinin qorxunc statistikası - İNFOQRAFİKA
Bakıda ticarət mərkəzində gecələyən qadın sığınacağa göndərildi
Azərbaycanlı qadın Türkiyədə rüsvayçı əmələ görə tutulub
Teqlər:
sığınacaq, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, zorakılıq, ər, uşaq, övlad, ata, qadın, kişi

Əsas mövzular