08:28 22 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Polis maşınları, arxiv şəkli

Bakıda quldurluq hadisələrinin sayı artıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
60 0 0

Prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb

BAKI, 24 yanvar — Sputnik. 2017-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 12122 hadisə qeydə alındığı halda 2018-ci ildə 309 hadisə, yəni 2,5% azalaraq 11813 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 0,2% çoxalaraq 80,2%, ağır və ya xüsusilə ağır cinayətlərin sayı isə 582 hadisə və ya 30,8% azalaraq 1308 hadisə təşkil edib.

Bakı, Mətbuat prospekti
© Sputnik / Murad Orujov

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorlıuğunda keçirilən müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

O qeyd edib ki, 2018-ci ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2017-ci ildə 59 hadisə) 4-ü istisna olmaqla (3 fakt şəxslərin xəbərsiz itkin düşməsi ilə bağlı olmuşdur), habelə 32 qəsdən adam öldürməyə cəhd cinayətinin (2017-ci ildə 38 hadisə) açılması təmin edilib.

Bakı şəhər Prokurorlıuğunda keçirilən müşavirə
© Bakı şəhər Prokurorlıuğunun mətbuat xidməti
Bakı şəhər Prokurorlıuğunda keçirilən müşavirə

Hesabat dövründə 76 quldurluq hadisəsi əvvəlki illə müqayisədə 8 hadisə çox olub, onlardan 8-i, qeydə alınmış ölümlə nəticələnən 212 yol-nəqliyyat hadisəsindən isə 3-ü bağlı qalıb.

2018-ci ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1115 işdən 547-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 12390 cinayət işindən 4226-nın istintaqı tamamlanıb.

2018-ci ildə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 518 min manat maddi ziyandan 4 milyon 386 min manatı (67.3%), polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 862 min manat maddi ziyandan 25 milyon 80 min manatı (86,9%) istintaq zamanı ödətdirilib.

Əsas mövzular