CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xüsusi "qaynar xətt" yaradılması təklif olunur: Dərdinizi ona danışın

© Sputnik / Anar MustafayevДевушка разговаривает по телефону, фото из архива
Девушка разговаривает по телефону, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu addımın atılması həm də 102 xidmətinin yükünü azaltmış olar"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 yanvar — Sputnik. Bir çox ölkələrdə qadın zorakılığı ilə bağlı problemlərin zamanında aşkarlanması üçün "qaynar xətt"lər fəaliyyət göstərir. Ailə və qadın problemləri üzrə fəaliyyət göstərən QHT-lər, həmçinin bir sıra ekspertlər belə bir xəttin Azərbaycanda da yaradılmasının vacib olduğunu bildirirlər. 

Девушка разговаривает по телефону, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qaynar xətlər" zəng əlindən dolub-daşır: Təəssüf, çox təəssüf...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında belə bir xəttin yaradılmasının zəruri olduğunu deyib: "Belə nömrələri yalnız dövlət qurumları ala bilər. Çünki "qaynar xətt" 3 rəqəmdən ibarət olur".

"Lakin hansısa bir quruma "qaynar xətt" verilməsi o demək deyil ki, bütün məsuliyyəti onlar daşıyacaq. Həmin qurum problemin həlli üçün şikayəti istiqamətləndirəcək" - deyə Zeynalova bildirib.

Onun sözlərinə görə, bir sıra problemlərin zamanında aradan qaldırılması üçün belə bir xəttin yaradılması vacibdir: "Düşünürəm ki, problemin dərhal müəyyən edilməsi üçün bu "qaynar xətt"ə peşəkar işçiləri cəlb etmək lazımdır. Bu gün ən effektiv fəaliyyət göstərən "qaynar xətt"lərdən biri 102-dir. Bura daxil olan şikayətlərə dərhal reaksiya verilir, müəyyən yardım göstərilir".

"Lakin bu gün vətəndaşlar bir çox problemlərə görə 102-yə zəng edirlər. Bu səbəbdən, düşünürəm ki, həmin problemləri dinləyəcək "qaynar xətt"in yaradılması həm də 102 xidmətinin yükünü azaltmış olar" – QHT sədri əlavə edib.

M.Zeynalova onu da diqqətə çatdırıb ki, hazırda öncəki illərlə müqayisədə qadınların problemlərini danışmaqla bağlı stereotipləri yoxdur.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvi Tahir Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında bu məsələnin Milli Məclisdə müzakirəsinə ehtiyac olmadığını deyib: "Düşünürəm ki, bu məsələnin Milli Məclisin gündəliyinə salınmasına ehtiyac yoxdur. Müxtəlif qadın təşkilatları, agentliklər "qaynar xətt" yarada bilərlər".

"Lakin belə bir addımın atılması Milli Məclis tərəfindən alqışlanandır" – deyə millət vəkili vurğulayıb.

Xəbər lenti
0