15:28 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Mehman Hüseynov

Mehman Hüseynov Prezidentə müraciət etdi: "Məni yalnız azadlığa çıxmaq maraqlandırır"

© Photo: Facebook / Mehman Huseynov
CƏMİYYƏT
Qısa URL
112 0 0

"Sizdən xahiş edirəm, araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz"

BAKI, 21 yanvar — Sputnik. Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Sputnik Azərbaycan "Report"a istinadən yanvarın 20-də imzalanmış müraciətin mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam, rejimə əməl edim.

Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi, kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm.

Məni yalnız bir şey maraqlandırır - Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm, araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq".

Əlaqədar

Rusiya vətəndaşları Bakıda həbs olundular
"Sarı jiletlilər"in keçirdiyi aksiyada 200 nəfər həbs edilib
Lavrov Azərbaycanda həbsdə olan Rusiya vətəndaşından danışdı
Teqlər:
azadlıq, müraciət, prezident, həbs, Mehman Hüseynov

Əsas mövzular