CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Abunə olmaq
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti təşkil edəcək

BAKI, 20 yanvar — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hüzn Günündə gözlənilən hava proqnozu açıqlandı

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti təşkil edəcək.

Xəbər lenti
0