09:48 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Daxili işlər naziri Ramil Usubov

Ramil Usubov iki rayonun polis rəisini dəyişdi

© Photo: APA
CƏMİYYƏT
Qısa URL
498 0 0

Binəqədi rayon Polis İdarəsinin rəis tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib

BAKI, 19 yanvar — Sputnik. Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib.

Sputnik Azərbaycan Azvision.az -a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.

Vəzifəsindən azad edilən Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətov isə Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.

Əsas mövzular