16:14 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Bakıda Flame Towers kompleksi

Hüzn Günündə gözlənilən hava proqnozu açıqlandı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
899 0 0

Havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava ssasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 0-5° isti təşkil edəcək.

Əsas mövzular