CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt yollarında sürət həddi əvvəlki vəziyyətə qaytarılıb

© Sputnik / Irade JELILZiya Bünyadov prospektində hərəkət sürəti saatda 90 kilometrdir
Ziya Bünyadov prospektində hərəkət sürəti saatda 90 kilometrdir - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının avtomagistrallarında sürət həddi əvvəlki vəziyyətə qaytarılıb

BAKI, 18 yanvar - Sputnik. Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat aşağı salınmışdı. 

Xəbər lenti
0