CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya, müavinət və təqaüdlərdə artım tempi məlum oldu

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов на столе
Пачки азербайджанских манатов на столе - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb

BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğısı, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan Fərman və Sərəncamlar nəticəsində 2018-ci ildə də sosial təminat sisteminin bütün istiqamətləri üzrə ödənişlərdə artım tempi davam edib. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pensiya artımı təqaüdçülərin 94 faizinə şamil ediləcək

Məlumata görə, ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Sosial müavinətlərin və Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin məbləği isə 10 faiz artıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Azərbaycanın Milli Qəhrəmanları üçün təqaüdünün məbləği 15 faiz artırılaraq 1500 manata çatdırılıb.

Qeyd olunan istiqamətlər üzrə ayrılan vəsaitlərdə də artım özünü göstərib: 2018-ci ildə əmək pensiyaları üzrə ödənişlərə əvvəlki illə müqayisədə 234,7 mln. manat çox olmaqla 3 523,2 mln. manat, sosial müavinət və təqaüdlərə isə 58,2 mln. manat çox olmaqla 428,8 mln. manat vəsait xərclənib.

Xəbər lenti
0