CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DNT testi ilə nə qədər yaşayacağımızı öyrənə bilərik

© AFP 2023 / Mohamed ABDIWAHABПроведение ДНК-теста, фото из архива
Проведение ДНК-теста, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Genetikada insanın nə qədər yaşayacağını müəyyənləşdirməyə imkan verən ip ucları var

BAKI, 17 yanvar — Sputnik. İngiltərəli alimlər maraqlı araşdırmaya imza atıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər bu dəfə insanların nə qədər yaşamasının onun DNT-si ilə bağlılığını öyrəniblər. Bunun üçün onlar bir-biri ilə qohumluq münasibəti olan yarım milyondan artıq insan üzərində araşdırma aparıblar.

Onlardan əldə edilən DNT nəticələrində, gendə insan yaşamı, ömrü üçün həssas olan hissələr müəyyənləşib. Alimlər belə qənaətə gəliblər ki, genetikada insanın nə qədər yaşayacağını müəyyənləşdirməyə imkan verən ip ucları var.

Xəbər lenti
0