CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çernobıl Əlilləri Cəmiyyətinin sədri: "30 ildir ev növbəsi gözləyirik"

© Sputnik / Igor Kostin / Mediabanka keçidВертолеты ведут дезактивацию зданий Чернобыльской атомной электростанции после аварии
Вертолеты ведут дезактивацию зданий Чернобыльской атомной электростанции после аварии - Sputnik Azərbaycan
Abunə olmaq
ƏƏSMN: Qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin ən yaxşı səviyyədə təmin olunduğu az sayda ölkələrdən biri Azərbaycandır

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. 1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında (AES) güclü nüvə partlayışının baş verməsi ilə 7 min nəfər həlak, 25 min nəfər isə əlil olub. Çernobıl qəzasının aradan qaldırılmasında azərbaycanlılar da iştirak ediblər. Və hazırda o qəza zamanı xəsarət almış vətəndaşlarımızın sosial müdafiəsi üçün dövlət müəyyən işlər görür.

Azərbaycan Respublikasının "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanununda qeyd olunur ki, şəxsin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac varsa, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmalıdır.

Artıq 26 ildir ki, mənzil almaq üçün növbədə dayanan Çernobıl əlillərinin bu istəyinin tam təmin olunmaması isə narazılıqlara səbəb olur. Çernobıl Əlilləri Cəmiyyətinin (ÇƏC) sədri Mirhəsən Həsənov Sputnik Azərbaycan-ın məsələ ilə bağlı suallarını cavablandırıb.

© © Mirhəsən Həsənovun şəxsi arxivindənÇernobıl Əlilləri Cəmiyətinin (ÇƏC) sədri Mirhəsən Həsənov
Çernobıl Əlilləri Cəmiyyətinin sədri: 30 ildir ev növbəsi gözləyirik - Sputnik Azərbaycan
Çernobıl Əlilləri Cəmiyətinin (ÇƏC) sədri Mirhəsən Həsənov

- Artıq 26 ildir ki, Çernobıl əlillərinin mənzil problemi həllini tapmır. Maneələr nədən ibarətdir?

- Öncələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edilən binalarda Çernobıl əlillərinə də bir neçə mənzil verilirdi. İnşa edilən böyük bir binada 3-5 mənzil Çernobıl əlillərinə verilirdi. Bu zaman əlillərin mənzillə bağlı problemləri, qismən də olsa, həllini tapırdı. Təəssüflər olsun ki, bu proses Səlim Müslümov nazir təyin olunanadək davam edib. Elə onun zamanında bir sıra ədalətsizliklər oldu, iki mərtəbəli evi və 4 otaqlı mənzili olanlara da ev verildi. Lakin ehtiyacı olanlar kənarda qaldı. Səlim Müslümov nazir təyin olunduqdan sonra ortaya çıxan digər problem isə bu mənzillərin yalnız Qarabağ əlilləri və şəhid ailələrinə verilməsi oldu.

- Bəs, Çernobıl əlillərinə mənzillər hansı qurum tərəfindən veriləcək?

- Çernobıl əlillərinin qanunvericiliklə təsbit olunmuş hüquqları var. Çernobıl qəzasında iştirak etmiş və zərərçəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı qanunda göstərilir ki, həmin şəxslər mənzil növbəsinə dayandığı gündən bir il müddətinədək evlə təmin olunmalıdırlar. Lakin artıq həmin vətəndaşlar 30 ilə yaxındır ki, mənzil növbəsində dayanıblar. Biz Çernobıl hadisəsində iştirak edənlərin siyahısını icra hakimiyyəti orqanlarından toplamışıq.

- Çernobıl əlillərinin mənzil təminatı reallaşmırsa, o zaman niyə mənzil növbəsinə dayanmaq üçün müraciətlər hələ də qəbul olunur?

Çernobıl ərazisi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çernobıl əlili ev istəyir: “Heç kimə şikayət etməsəm də, kömək gözləyirəm”

- Əsas məsələ də elə budur. Vətəndaşlar mənzil növbəsi üçün qeydiyyata alınır, lakin onlara ev verilmir. Bu isə, o deməkdir ki, qanun var, ancaq icra olunmur. Qanunvericilikdə vətəndaşa şamil edilən bu güzəşt bu gün onun icrasının nəzarətsiz qalması ilə əlaqədar olaraq icra edilmir. Bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində deyilir ki, "biz mənzilləri şəhid ailələri və Qarabağ əlillərinə verəcəyik". İcra hakimiyyəti orqanları isə deyir ki, "bizdə mənzil fondu yoxdur və onun verilməsi ilə məşğul olmuruq". Milli Məclisin Sosial siyasət komitəsindəki çıxışım zamanı dəfələrlə bu fikri səsləndirmişəm ki, "ev verilmirsə, o zaman niyə mənzil növbəsi üçün müraciətlər qəbul olunur? Heç olmasa, o qanunu qəbul etməyin və vətəndaşı ümidləndirməyin".

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hansı addımlar atılmalıdır?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız Qarabağ əlilləri və şəhidləri üçün işlər görməli deyil. Adından da göründüyü kimi, bu nazirlik yalnız Qarabağ əlilləri və şəhid ailələrinin problemləri üçün yaradılan xüsusi komitə deyil. Bütün bu problemlərin həlli üçün istəyərdim ki, nazirlik və icra hakimiyyətləri hər il Çernobıl və Qarabağ əlilləri, şəhidlərlə bağlı bu kimi məsələləri birgə müzakirə etsinlər. Bununla yanaşı, nazirlik sosial yönümlü qanunvericilik aktlarını təhlil edərək bir sıra məsələlərin həlli istiqamətində vəsatətlə çıxış etməlidir. Düşünürəm ki, yalnız bu yolla sosial ədalət prinsipinin pozulmasının qarşısı alınar.

- Çernobıl əlillərinin əsas sualı ondan ibarətdir ki, onlar nə zaman evlə təmin olunacaqlar?

Ликвидация последствий аварии на Чернобыльской АЭС, фото из архива - Sputnik Azərbaycan
Çernobıl AES-ə girməyə çalışan azərbaycanlı tutulub

- Bu məsələlərlə bağlı mətbuat vasitəsilə real vəziyyəti təhlil edərək, ölkə rəhbərinə müraciət ünvanlayacağıq. Bu müraciət məktubunda da qeyd edəcəyik ki, icra hakimiyyəti orqanları tərəfindən vətəndaşların hüquqları pozulur və nazirlik tərəfindən ortaya atılmış prosedur qayda günün reallığını əks etdirmir. Problemlərlə yanaşı, onun həlli üçün təkliflərimizi də qeyd edəcəyik.

- Hazırda mənzil növbəsi üçün neçə nəfər növbədə dayanıb?

- Bakı, Sumqayıt və Abşeron üzrə, təxminən 370 nəfər mənzil növbəsinə dayanıb. Ümumilikdə, mənzil növbəsinə dayananların sayı bir il öncə 600-dən çox idi. Çernobıl əlillərinin sayı artmır.

P.S.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini öyrənib. Nazirlikdən qeyd olunub ki, bu qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin ən yaxşı səviyyədə təmin olunduğu az sayda ölkələrdən biri Azərbaycandır.

"1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl əlillərini də əhatə edir" – deyə nazirlikdən verilən məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, əlillik səbəblərinə görə Çernobıl əlilləri 2 kateqoriyaya ayrılır: "Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar" əlil olanlar və "Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar" əlil olanlar kateqoriyaları var. Birinci kateqoriya əlillərin müharibə əlillərinə bərabər tutulması dövlətin onlara dəyər verməsinin bir göstəricisidir. Yəni müharibə əlilləri üçün nəzərdə tutulan Prezident təqaüdü, nazirlik tərəfindən mənzil və avtomobil təminatı bu şəxslərə də şamil edilir. İndiyədək bu təbəqədən olan 200 nəfərə mənzil, 160 nəfərə minik avtomobili verilib".

O da diqqətə çatdırılıb ki, "Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar" əlil olan I və II qrup əlillərin uşaqlarına aylıq sosial müavinət də verilir: ""Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi ilə əlaqədar" əlil olanlar isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası alırlar. Onlardan I qrup olan və əmək pensiyası deyil, yalnız sosial müavinət alan əlillər Prezident təqaüdü də alırlar. Ümumilikdə bütün Çernobıl əlillərinin müalicəsi məqsədilə hər il onlara birdəfəlik müavinətlər ödənilir".

Xəbər lenti
0