00:38 21 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9284
Elektrik lampası, arxiv şəkli

"Azərişıq" rejimində dəyişiklik etdi

CC0 / GregMontani / light
CƏMİYYƏT
Qısa URL
48 0 0

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq "Azərişıq" ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq

BAKI, 16 yanvar — Sputnik. Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı verilən proqnozla əlaqədar olaraq istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

"Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların, ehtiyatı yaradılb, maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əlaqədar

Nazirlik əhalini ehtiyatlı olmağa çağırır
Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıq
Azərbaycanda xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib
Sabaha hazır olun - Umayra Tağıyevadan xəbərdarlıq

Əsas mövzular