20:02 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Терминал в центре ASAN Viza

“ASAN xidmət”ə yeni səlahiyyət verildi

© FB / eVisaAzerbaijanAsan
CƏMİYYƏT
Qısa URL
681 0 0

“ASAN”a konsulluq xidmətləri göstərmək hüququ verilib

BAKI, 15 yanvar — Sputnik. Prezident İlham Əliyev konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, fərmanla Dövlət Agentliyinə ("ASAN Xidmət") aşağıdakı konsulluq xidmətləri göstərmək hüququ verilib:

Səyyar ASAN xidmət avtobusu
© Photo : ASAN Xidmətin mətbuat xidməti

xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi;

sənədə apostil verilməsi və sənədin leqallaşdırılması;

viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi.

Sənədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq xidmətlərinin "Elektron hökumət" portalı vasitəsilə elektron qaydada göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.

Bu fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.

Əsas mövzular