09:55 25 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
Kamran Əliyev

Baş prokurorun müavini: "21 milyon manatdan artıq ziyan var"

© Photo: REPORT
CƏMİYYƏT
Qısa URL
28 0 0

Kamran Əliyev: "10 milyon 500 min manatdan artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib"

BAKI, 15 yanvar — Sputnik. 2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında danışıb.

O, qeyd edib ki, uzun müddət bu sahə nəzarətdən kənarda qalmışdı: "Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzərətə götürülüb".

K.Əliyevin sözlərinə görə, nazirlikdən göndərilən matreial əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib: "21 milyon manatdan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 min manatdan artıq vəsaitin dövlət hesabına ödənilməsi təmin edilib".

"Bundan başqa, 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub. Həmcinin, əhəng daşı karxanalarında 7 cinayət işi istintaq edilərək məhkəmələrə göndərilib" - deyə Əliyev vurğulayıb.

Əlaqədar

Daş karxanalarının yerinə süni göllər yaradılacaq
Daş karxanalarına qarşı reydlər keçirildi
Daş karxanasında yenə faciə baş verib
Teqlər:
prokurorluq, Kamran Əliyev, daş karxanası, ziyan

Əsas mövzular