CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının böyük bir hissəsində qaz olmayacaq

CC0 / PhotoMIX-Company / KitchenГазовая плита, фото из архива
Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 10:00-dan təmir işləri tamamlananadək təbii qazın verilişində məhdudiyyətlər olacaq

BAKI, 14 yanvar — Sputnik. Sabah Bakının 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələri və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yasamalda qaz təchizatı niyə dayandırılıb - "Azəriqaz"dan cavab

“Azəriqaz” İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb Bakının Binəqədi rayonunun Cavadxan küçəsində diametri 159 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı aparılacaq işlərdir.

Saat 10:00-dan təmir işləri tamamlananadək yuxarıda qeyd olunan ərazilərdə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti
0