CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Güzəştli mənzil" almaq istəyənlərin nəzərinə

© Official website of President of Azerbaijan RepublicMənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub
Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında "108" çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimində rahatlığını təmin etmək məqsədi ilə "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 12 yanvar 2019-cu il tarixində saat 15:00-dan saat 15:30-dək sistemin sınaq mühitində mənzil seçimini təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib. Məlumata görə, sınaq seçimində 1709 nəfər iştirak edib.

Mənzil - Sputnik Azərbaycan
CƏMİYYƏT
Güzəştli mənzil müəmması böyüyür: Texniki nasazlıq, yoxsa...

İstifadəçilərin sınaq seçiminə böyük marağını və çoxsaylı müraciətlərini nəzərə alaraq, həmçinin daha çox istifadəçinin sınaq mühitində iştirakına şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil seçimi 12 yanvar 2019-cu il tarixində saat 16:00-dan saat 16:30-dək yenidən aktivləşdirilib.

"Güzəştli mənzil" sisteminin istifadəçilərinin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 15 yanvar 2019-cu il tarixindən "Güzəştli mənzil" sisteminin satış modulunun sınaq (demo) versiyasını istifadəyə verəcək.

Satış modulunun sınaq versiyası 15 yanvar 2019-cu il tarixindən 24 yanvar 2019-cu il tarixinədək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənəcək və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

"Güzəştli mənzil" sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən satış modulunun sınaq versiyasından istifadə edə bilərlər. Mənzil seçimi prosesi – satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlanacaq Yasamal Yaşayış Kompleksində 174 mənzilin seçimi ilə identikdir.

Diqqət: Satış modulunun sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

Mənzil seçimi prosedurunun həyata keçirilməsi zamanı qarşılaşdığınız hər hansı çətinliklər haqqında "108" çağrı mərkəzinə məlumat verməyiniz xahiş olunur.

Xəbər lenti
0