CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağsuda soyuqdan donaraq ölmüş kişi meyiti tapılıb

Abunə olmaq
Faktla bağlı araşdırmalar davam etdirilir

BAKI, 14 yanvar - Sputnik. Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol kənarından kişi meyidi tapılıb.

"Report" xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxsin kənd sakini Məmmədov Çingiz Məmməd oğlu olması müəyyən edilib.

İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0