CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aldatmaq artıq cinayət sayılmır: AzSSR-də cinayət, hazırda isə norma olan əməllər

© AFP 2023 / SONIA ROLLEYЗаключенный с сигаретой, фото из архива
Заключенный с сигаретой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sovet dövründə uşaqbazlıq, çoxarvadlılıq, avaraçılıq, çəkidə aldatmaq və s. cinayət sayılırdı

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 13 yanvar – Sputnik. Aldatma artıq cinayət sayılmır, lakin əvvəllər ona görə adamı həbs edirdilər.

Təəssüf ki, keçən əsrdə insanın bir sıra davranışları qanunların bütün ciddiliyi ilə cəzalandırılırdı, lakin indi onlar vərdişə və adi normaya çevrilib. Çünki bu məsələlər hər kəsin öz vicdanına buraxılıb. Amma təcrübə göstərir ki, bu, heç də yaxşı bir şeyə gətirib çıxarmayıb.

Sovet dövründə Azərbaycan SSR-in Cinayət Məcəlləsində 113-cü maddə (Uşaqbazlıq) olub. 40 il əvvəl kişinin öz cincindən olan şəxslə cinsi münasibətləri 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Əgər həmin əməl zor tətbiq etməklə həyata keçirilərdisə, o zaman azadlıqdan məhrumetmə cəzası 3 ildən 8 ilədək artırdı. Bura sürgünə göndərmə və ya sürgünə göndərməmə də əlavə edilə bilərdi. İndi o maddə yoxdur. Çünki dünya ictimaiyyəti homoseksuallara qarşı münasibətinə yenidən baxıb və artıq onların əlaqələrini utancverici hal kimi qəbul etmir, buna normal baxır. Hətta bir sıra ölkələrdə homoseksualların öz aralarında nikaha girməsinə də icazə verilir.

Квартирный вор. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş məhkum yenidən cinayət törətdi

1981-1984-cü illərdə Sovet İttifaqında ilk dəfə immun çatışmazlığı sindromu (SPİD) və insanda immunçatışmazlığı virusu (İİV) haqqında ilk dəfə danışılırdı. Homoseksual kişilərdə xəstəliyin inkişafı halları barədə ilk elmi məqalə meydana çıxmışdı. Sonra həmin simptomları narkotik istifadəçiləri arasında da tapdılar. Bu problem kifayət qədər dərindən öyrənilməmişdi, yalnız yeni-yeni SPİD-in infeksion təbiəti barədə hipotezlər irəli sürülürdü. SSRİ məkanında SPİD və İİV-ə nadir hallarda rast gəlinirdi. Ona görə də Cinayət Məcəlləsində yalnız 114-cü maddə (cinsi yolla keçən xəstəliklərin yayılması) mövcud idi. Bu gün isə AR Cinayət Məcəlləsində “İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma” adlı ayrıca maddə (140) mövcuddur. Həmin maddəyə görə, bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoymaq cinayət məsuliyyəti yaradır.

Sovet dövründə əmək qabiliyyəti olmayan valideynlərə yardım etməkdən boyun qaçırmaq cinayət sayılırdı və CM-nin 124-cü maddəsi ilə belə nankor varis azadlıqdan məhrum edilirdi.

Hazırda isə yaşayan övladları olan qoca və xəstə valideynlərin tənhalıqda ölməsi halları tez-tez baş verir. Lakin buna görə heç kəs cavabdehlik daşımır. Çünki bu barədə maddə cinayət qanunvericiliyindən çıxarılıb. Qlobal miqrasiya yaxın qohumları bir-birindən ayırıb. Yeri gəlmişkən, valideynlər və uşaqlar arasında yadlaşmanın səbəbi sadəcə bu deyil.

İkiarvadlılıq və ya çoxarvadlılıq 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Bununla bağlı CM-də 130-cu maddə var idi. Müasir dünyada da iki, yaxud çoxarvadlılıq faktiki olaraq qınanır və ona yaxşı baxılmır. Lakin buna görə kişiyə cəza da verilmir və bu, hər bir kişinin şəxsi işi sayılır. Bu gün hər kəs istədiyi kimi yaşamaqda azaddır. Özü də islam dininə görə, bir kişi əgər imkanı varsa, eyni vaxtda dörd arvad saxlaya bilər.

Статуя Фемиды - Sputnik Azərbaycan
Ankarada Karlov cinayəti üzrə məhkəmə başlayıb

Sovet Azərbaycanında qadının dövlət və yaxud da mədəni fəaliyyətlərdə yer almasına maneçilik törədilməsi halları mövcud olub. Bir çox qadına işləməyi qaradağan ediblər. Amma əgər qadın işləyərdisə, onda dövlət qulluqçusu olan qadının əmək haqqı heç vaxt kişinin gəlirlərini ötə bilməzdi. Gender bərabərliyi tez-tez kişilərin xeyrinə pozulardı və ona görə də AzSSR CM-ə 131-ci maddənin salınması zərurətə çevrilib. Qadınların bərabər hüquqlarını pozan və eyni zamanda şiddət və ya zorakılıq təhdidi ilə müşayiət olunan hərəkətlər 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Hazırda isə vəziyyət demək olar ki, tamamilə əksinə çevrilib. Qadınlar həyatın bütün sahələrində iştirak edirlər və bəzən zərif cinsin nümayəndələri kişilərdən daha çox pul qazanırlar. Bəzən elə hallar olur ki, cəmiyyətdə gender balansı qadınların xeyrinə pozulur. Artıq "Qadınların hökumət və mədəni fəaliyyətlərə qoşulmalarının qarşısını almaq" maddəsinə ehtiyac yoxdur, amma heç kişilərin də hüquqlarını qorumağa ehtiyac  yoxdur.

Maraqlıdır ki, 80-ci illərdə CM-də 141-ci (dinin dövlətdən və məktəbdən ayrı olması haqqında qanunların pozulması) maddə  olub. Bu maddəyə əsasən ictimaiyyət arasında Allaha inam haqqında yüksək səslə danışmaq məqbul sayılmayıb. Məktəblərdə müəllimlər Allahın olmadığını təbliğ ediblər. Lakin dinə və Allaha inamın təbliği bir il müddətinə islah işlərinə cəlb etmə və yaxud cərimə ilə cəzalandırılmanı nəzərdə tutub. Amma sözügedən maddəni ölü maddə də adlandırmaq olardı. Eynilə AzSSR CM-nin 142-ci (dini ayinlərin təşkilinin qarşısının alınması) və 143-cü (dini ayinləri yerinə yetirmək üçün şəxsin və vətəndaşların hüquqlarına müdaxilə etmək) maddələri kimi.  

Eyni zamanda CM-də 142-2-ci maddə də (dini mövhumatdan şəxsi mənfəət üçün istifadə) olub.  Əhali arasında dini xürufata təhrik etmək məqsədilə aldadıcı hərəkətlər, yaxud dini mövhumatdan maddi gəlir əldə etmək məqsədilə istifadə 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılıb. Azərbaycan ərazisində çox sayda müxtəlif ziyarətgahlar fəaliyyət göstərib, lakin onlar qeyri-qanuni xarakter daşıyıb. Hazırda ölkədə yüzlərlə belə ziyarətgah var ki, onların fəaliyyəti tamamilə qanunidir. Ölkə vətəndaşları orada öz batil inanclarını ifadə edirlər. Əhalinin böyük əksəriyyəti səmimi qəlbdən inanır ki, müqəddəs yerlərin ziyarət edilməsi və ora nəzir verilməsi onlara öz məqsədlərinə çatmağa və xoşbəxt olmağa yardım edəcək. Bütün bunlarla yanaşı, bu sahədə vətəndaşlara verilmiş azadlıqlar müxtəlif fırıldaqçılığın çiçəklənməsinə gətirib çıxarıb.

Masallı rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
İki rayonu vahimədə saxlayan cinayətkarlar tutuldu

Keyfiyyətsiz, qeyri-standart və yarasız məhsulların istehsalı və satışı sovet cəmiyyətində CM-nin 151 və 151-1 maddələri ilə iki ilədək azadlıqdan məhrumetmə cəzasını, yaxud da 300 rubladək cəriməni nəzərdə tuturdu. Dövlət, kooperativ və digər ictimai formalardan istifadə etməklə həyata keçirilən fərdi sahibkarlıq fəaliyyəti AzSSR CM-nın 152-ci maddəsi ilə 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılıb.

Kommersiya fəaliyyəti və spekulyasiyalar əmlakın müsadirə edilməsilə yanaşı azadlıqdan məhrumetmə ilə cəzalandırılırdı. Bu gün isə azad bazar münasibətləri mövcuddur. Bu və ya digər məhsul müxtəlif ticarət məntəqələrində müxtəlif qiymətlərə satılır və bu, normal qəbul olunur.

Sovet dövründə hətta çörəyin, həmçinin unun, quşların və ya heyvanların bəslənməsi üçün yemin belə satın alınmasına  icazə verilmirdi (ASSR CM 153-1-ci maddəsi). İnzibati sanksiyalardan sonra onları təkrar almaq iki ilədək islah işlərinə cəlbedilmə ilə cəzılandırılırdı. Alıcıları və sifarişçiləri aldatmaq (çəkidə, ölçüdə, hesabda aldatmaq, təyin olunmuş pərakəndə satış qiymətlərindən artıq qiymət demək, əhaliyə göstərilən məişət və kommunal xidmətlərin tariflərini nəzərdə tutulduğundan artıq ödəməyə cəlb etmək və s.) 3 ilədək islah işlərinə cəlbetmə ilə cəzalandırılır, əgər bu hal qrup şəklində törədilirsə, 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasə verilirdi.

Hətta mühərrikli nəqliyyat vasitələrini mənfəət üçün istifadə etmək qadağan edilmişdi. Vətəndaşın şəxsi mülkiyyətində olan avtomobilindən gəlir əldə etmək məqsədilə istifadəsinə görə əvvəl ona cərimə kəsilirdi, sonra isə 157-ci maddə ilə o, 1 ilədək azadlıqdan məhrum edilirdi.

Avaraçılıq, dilənçilik, yaxud fərqli bir parazit həyat tərzi keçirmək 1 ildən 2 ilədək azadlıqdan məhrumetmə və ya bu müddətdə islah işlərinə cəlbetmə ilə cəzalandırılırdı. Əvvəllər eyni hərəkətlərə görə məhkum edilmiş şəxslər üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılıb (AzSRR CM-nin 215-1-ci maddəsi ilə). Bir sözlə, sovet cəmiyyətində işsizlik də cəzalandırılırdı. İnsanın yoxsul vəziyyətə düşməsi yolverilməz idi. Dövlət hər bir vətəndaşını yaşayış yeri və işlə təmin edirdi. Hazırki kapitalist sistemi hökumətin vətəndaşların həyatının təmin edilməsində rolunu məhdudlaşdırır, cəmiyyətin təməllərini fərqli dəyərlər sistemi təyin edir.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
"AMAY Abdulla"nın "qaynanası" cinayət başında yaxalanıb

Bununla yanaşı, qeyri-qanuni karate təlimi, idman məktəblərində karate bölmələrinin açılması və ya vətəndaşların ora cəlb edilməsi üçün müəyyən edilmiş qaydaların pozulması, qadağan edilmiş idman növlərinin təlimlərinin keçirilməsi, həmçinin karate üsullarının öyrədilməsi ilə bağlı icazəsiz təlimlər iki ilədək həbs cəzası ilə cəzalandırılır və ya cərimə edilirdi.

Bu gün siz Cinayət Məcəlləsində bu cür maddələri görə bilməzsiz. Lakin çox sayda digər cinayətlər meydana çıxıb ki, onlar daha qəddar və inkişaf etmiş vəziyyətdədir. Daha əvvəl, insanlıq müxtəlif qabaqcıl texnologiyaların inkişaf etməməsi səbəbindən bu cür cinayətləri ağlına belə gətirmirdi. Məşhur ifadədə deyildiyi kimi, "cinayətkar həmişə bir addım irəlidədir". Haradasa 20 ildən sonra yəqin ki, Cinayət Məcəlləsinə elə cinayətlər barədə maddələr əlavə ediləcək ki, onlar indi bizim ağlımıza gəlmir. Yaxud da indi mövcud olan bir çox cinayətlər öz aktuallığını itirəcək. Hazırda qadağan edilən bir çox şey onda adi normaya çevriləcək.

Xəbər lenti
0