CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiya vətəndaşları Bakıda həbs olundular

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidСледственный изолятор, фото из архива
Следственный изолятор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda qanunsuz dini yığıncaq keçirən Rusiya vətəndaşları həbs olunub

BAKI, 12 yanvar - Sputnik. Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

DİN Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülüb.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0