21:26 24 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.9068
Poylu kənd sakinləri

Ağstafada susuzluq yaşanır

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
210 0 0

Rəsmi qurum: Artezianın motorunun yandığı müəyyənləşdirilib və sökülərək təmirə göndərilib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Ağstafa rayonu Poylu kəndinin sakinləri 5 aydır susuz qaldıqlarını iddia edirlər. Onların sözlərinə görə, kəndin "Türklər məhəlləsi" adlanan hissəsində qazılmış subartezian quyusundan sentyabr ayından bəri istifadə edə bilmirlər.

Kənd sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətlərində aidiyyəti qurumun problemə biganə münasibətindən şikayətlənirlər. Kənd sakini Surxay İsmayılov 60-dan çox ailənin su tələbatını ödəyən artezianın aylardır işləmədiyinə görə əziyyət çəkdiklərini bildirir.

"Kənddə yaşayırıq, təsərrüfatımız, mal-qaramız var. Gündəlik əl-ayaq suyumuz bir yana, heyvanımızı suvarmağa belə, su tapmırıq. Məcburuq ki, mal-qaranı suvarmaq üçün kənddən 1 km aralıdan keçən çaya aparaq" - İsmayılov qeyd edir.

Kənd sakinləri 5 aydır susuz qalıblar
© Sputnik / Ilham Mustafa
Kənd sakinləri 5 aydır susuz qalıblar

Digər kənd sakini Elşən Əhmədov isə hər ay 2-3 maşın su alıb istifadə etdiklərini, 1 maşın su üçün 15 manat pul ödəmək məcburiyyətində qaldıqlarını deyir.

Vəlyəddin Musayev isə söyləyir ki, problem sentyabr ayında artezian quyusunu elektrik cərəyanı ilə təmin edən transformatorun yanmasından sonra başlayıb: "Sentyabrda transformator yandı. İşıq idarəsinin işçiləri transformatoru aparıb təmir etdilər. İşə salmaq istəyəndə yenidən yandı. Yenidən aparıb təmir etdilər. Gətirəndən sonra məlum oldu ki, artezianın motoru da yanıb".

"Bundan sonra Tovuz Subartezian Quyularının İstismari İdarəsinin Ağstafa rayon bölməsinə müraciət etdik. Dəfələrlə müraciət edəndən sonra keçən ay gəlib motoru söküb apardılar. Amma hələ də bir xəbər yoxdur" – deyə V.Musayev əlavə edir. 

Digər sakin Qafur Abdullayev isə deyir ki, artezianın taleyi ilə bağlı 3 dəfə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin "qaynar xətt"inə zəng edib: "Sonuncu zəngimdən sonra məsələnin həlli əvəzinə, kənd icra nümayəndəliyinə zəng vurub mənim kimliyimlə maraqlanıblar".

Kənd sakinlərinin şikayətlərinə aydınlıq gətirmək məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşı Tovuz Subartezian Quyularının İstismari İdarəsinin Ağstafa rayonu üzrə sahə rəisi Şahin Məmmədovla əlaqə saxlayıb. Rəis bildirib ki, onlara təmir üçün dekabr ayında müraciət olunub.

Ağstafa rayonu Poylu kəndi
© Sputnik / Ilham Mustafa
Ağstafa rayonu Poylu kəndi

"Artezianın motorunun yandığı müəyyənləşdirilib və sökülərək təmirə göndərilib. Təmir sahəsi bir neçə rayona xidmət etdiyindən növbə əsasında təmir olunur" - deyən Ş.Məmmədov onu da qeyd edib ki, sözügedən subartezian quyusunun motoru qarşıdan gələn həftə ərzində hazırlanaraq işə salınacaq.

Əlaqədar

Rəsmi xəbərdarlıq: Bakının bir hissəsi susuz qalacaq
Bakının iki böyük qəsəbəsi susuz qalacaq
Bakının 2 rayonu susuz qalacaq
Bakının bir hissəsi susuz qalacaq
Teqlər:
artezian, motor, su, Ağstafa

Əsas mövzular