15:29 16 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9398
Cənubi Qafqaz politoloqlar klubunun 60-cı iclası

Politoloqlar 2019-cu ildən danışdılar

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
6901

Tədbir digər regional və beynəlxalq proseslərin müzakirəsi ilə davam etdirilib

BAKI, 9 yanvar — Sputnik. Bu gün "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclası keçirilib. İclasda 2018-cu ildə baş verən proseslər və 2019-dan gözləntilər müzakirə olunub.

60-е заседании клуба политологов Южный Кавказ
© Sputnik / Murad Orujov
Politoloq Fikrət Sadıxov

Politoloq Fikrət Sadıxov Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi haqqında danışıb. O bildirib ki, Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini böyük inqilab kimi qələmə verilməsi doğru deyil: "Ermənistan hakimiyyətinin çürük və zəif olması asanlıqla devrilməsinə imkan yaratdı. Hazırkı vəziyyətdə Ermənistanın vəziyyəti heç də yaxşı deyil. Yeni hakimiyyət ölkənin xarici siyasətini formalaşdıra bilmir. Bu ölkə gözləmə vəziyyətindədir. Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik. Onu da qeyd edim ki, ötən ilin sonunda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qərarı diplomatik uğurumuz idi. Bundan sonra da diplomatik sahədə addımlarımızı davam etdirməliyik".

Политолог Надир Шафиев
© Sputnik / Murad Orujov
Politoloq Nadir Şəfiyev

"Suriya geopolitik və maraqların toqquşduğu mərkəzdir". Bunu politoloq Nadir Şəfiyev deyib. Politoloq bildirib ki, Suriyada baş verən proseslər tək bölgəyə deyil, ümumilikdə dünyada baş verən proseslərə təsir edir: "ABŞ qüvvələrinin və diplomatiyasının da bu proseslərdə iştirak etməsi təsadüfi deyil. ABŞ az itki verməklə Suriyada maraqlarının təmin etmək üçün Türkiyə ilə razılığa gəlmək istəyirdi. Amma Türkiyə bu məsələdə öz maraqlarının nəzərə alınmadığını əsas gətirir. Düşünürəm ki, 2019-cu ildə Suriyada proseslər bu minvalla davam edəcək. ABŞ və Rusiya arasında maraqlar toqquşması mövcud olduqca dünyadakı münaqişələr davam edəcək".

Политолог Эльхан Шахиноглу
© Sputnik / Murad Orujov
Politoloq Elxan Şahinoğlu

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu Ukraynadakı vəziyyətlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu il Ukraynada gözlənilən iki mühüm seçki ölkə üçün əhəmiyyət kəsb edir.

"Xüsusəndə prezident seçkiləri ilə bağlı müxtəlif mülahizələr var. Konkret olan budur ki, hazırkı Ukrayna prezidentinin reytinqi yüksək deyil" - deyə E.Şahinoğlu bildirib .

Tədbir digər regional və beynəlxalq proseslərin müzakirəsi ilə davam etdirilib.

Əsas mövzular