17:29 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
14 0 0

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin olunub

BAKI, 8 yanvar — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Samir Şabanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror isə S.Şabanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra mərhum Hətəm Şabanovun qardaşı çıxış edib. O, S.Şabanova istənilən cəzadan narazı qaldığını, onun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin olunub.

Qeyd edək ki, S.Şabanov ötən il aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini, keçmiş qayınatası Hətəm Şabanovu küt alətlə qətlə yetirib.

Əsas mövzular