23:33 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
112 0 0

Günəşin qismən tutulması saat 07:49-dək davam edib

BAKI, 6 yanvar – Spunik. Yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

Sputnik Azərbaycan-ın AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

Əsas mövzular