17:12 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Yol probleminin həlli üçün daha bir addım atıldı

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
177 0 0

Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun tikintisinə 14,6 milyon manat ayrılıb

BAKI, 4 yanvar - Sputnik. Prezident İlham Əliyev “Beyləqan rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Əsas mövzular