02:11 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Qandallı məhkum, arxiv şəkli

Bakıda qətlə yetirilən "Lotu Quli"nin adamı imiş

CC BY 2.0 / Tar Sands Blockade / Darryl Hannah in Handcuffs
CƏMİYYƏT
Qısa URL
12774 0 0

Vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs "Lotu Quli"nin adamını odlu silahla öldürüb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Bu yaxınlarda Bakının Keşlə qəsəbəsində baş verən atışma iki cinayətkar klanın nümayəndələri arasındakı qarşıdurmanın nəticəsidir. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla
© Photo : Şeyx Həmzət Qastemirovun sosial şəbəkədə paylaşımı

Sputnik Azərbaycan daha əvvəl də xəbər vermişdi ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi "AK" markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib. İsmayılov saxlanılıb, silahı evdən götürülüb.

İlkin araşdırma zamanı məlum olub ki, İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər "qanuni oğru" və azərbaycanlı mafiya lideri Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. Əldə etdiyimiz məlumata görə, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu öz bandası tərəfə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və onun cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.

Xatırladaq ki, qatil gənclərə hücum etmək üçün "Evro Rent a Car" şirkətindən avtomobil kirayələyib. Hazırda "Lotu Quli" Azərbaycandadır.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.

Əlaqədar

"Lotu Quli"nin yeni görüntüləri üzə çıxdı - VİDEO
Ukrayna polisindən xəbərdarlıq: Lotu Quli növbəti revanşa hazırlaşır
Lotu Quli saxlanıldı
Lotu Quli özbək biznesmenə: 2019-ci ilin başlanğıcına qədər pullar qayıtmasa…

Əsas mövzular