16:14 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Tovuz rayonunun Ləqəbli kəndi

Azərbaycanda heç kimin əsl adı ilə çağırılmadığı kənd: "Lağa", "Çımpır", "Zıvırdışoğlu"

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
6304 0 0

Burada təlğəsiz adam tapmaq mümkün deyil, hər adama öz bacarığı, sənəti, xüsusən də xasiyyətinə görə ləqəb verirlər

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 2 yanvar — Sputnik. Hər birimizin, dəqiq adını bilməsək də, ləqəbi ilə, ayaması ilə tanıdığı insanlar var. Tovuz rayonunun Xatınlı kəndində isə, demək olar ki, ləqəbsiz, ayamasız, yaxud, təlğəsiz (regionda bu adların qarşılığı kimi işlədilən söz - red.) adam yoxdur.

Cavanşir Həsənov
© Sputnik / Ilham Mustafa
Cavanşir Həsənov

Yolunuz nə vaxtsa, Qaraxanlıya düşsə, burda heç vaxt axtardığınız adamı öz adıyla tapa bilməyəcəksiniz. Kənd sakinlərinin sözlərinə görə, kənardan gələn şəxslər tapmaq istədikləri adamın ləqəbini bilmədikdə sorğu-suala, ən azı, 1 saatdan çox vaxt itirməli olur. Vaxtını boşa xərcləmək istəməyənlər gərək axtardığı adamı həm də ləqəbi ilə tanıya.

Kənd sakini Cavanşir Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyir ki, kənddə ləqəblər insanların müəyyən hərəkətinə, xasiyyətinə və ya hansısa hadisə, məşğul olduğu peşəylə bağlı verilir. Bu adlar el tərəfindən verildiyindən qazanılmış sayılır və insanın xüsusiyyətlərini özündə əks etdirir.

Cavanşir Həsənov
© Sputnik / Ilham Mustafa
Cavanşir Həsənov

C.Həsənov kənddə olan bir neçə maraqlı ləqəblər haqda da məlumat verir: "Bu kənddə yaşlı nəsildə təlğəsiz adam tapmaq mümkün deyil. Hər adama öz bacarığı, sənəti, xüsusən də xasiyyətinə görə ləqəb verirlər. Məsələn, mənə işlədiyim işə görə "Kassir Cavanşir" deyirlər. Qıraq yerdən gəlib kənddə kimisə axtaran olanda onu təlğəsiz tapmaq mümkün deyil. Ona görə gərək axtarmağa gələn adam axtardığının el verən adını da bilsin".

"Kənddə maraqlı, gülməli təlğələr çoxdur. "Heykəl Tapdıq", "Darğa Məcid", "Xırxır Əli", "Fəli Qasım", "Neynim Oruc", "Qənfet Söyün", "Ölürəm Alı" kimi müxtəlif təlğələr var. Məsələn, "ölürəm" ləqəbi sovxoz vaxtı hansı iş tapşırılırmışsa, "mən ağrıyıram, ölürəm" dediyinə görə verilib. Yaxud "neynim" təlğəsi ən çox işlətdiyi söz olduğuna, "qənfet" uşaqlıqdan "konfet" deyə oxşadıldığına görə verilib. Sonradan da elə o ləqəblə tanınıb" - deyir həmsöhbətimiz.

Digər kənd sakini İsa Niftaliyev isə hamıda təlğə olmasını kənddə eyni adlı adamların çox olmasıyla əlaqələndirir: "O vaxt kənddə 13 nəfər Hüseyn olub, soruşanda, "hansı Hüseyn", deyirmişlər ki, "Qənfet Söyün", "Lağa Söyün", "Xımır Söyün" (qərb bölgəsinin əksər yerlərində Hüseyn adı Söyün kimi tələffüz olunur – red.) kimi fərqləndiriblər. Həsən də çox olub, məsələn, "Qoz Həsən", "Qara Həsən" deyərək, bir-birilərindən seçiblər".

İsa Niftalıyev
© Sputnik / Ilham Mustafa
İsa Niftalıyev

"Çımpır İsa" kimi tanınan kənd sakini qeyd edir ki, sakinlərə ilk dəfə eşidiləndə gülüş doğuran təlğələr qoyulsa da, hər kəs öz ləqəbini qəbul edib: "Kənddə "zıvırdışoğlu", "şerti", "pedi", "payvermə", "burun", "quş" kimi təlğələr olsa da, el verdiyinə görə, heç kim öz ləqəbi ilə çağırılmaqdan narazı olmayıb. Hətta dəvətnamələrdə də çox vaxt təlğəylə yazıb çağırırdılar toylara".

Kənd sakinləri təlğələrin cavanlar arasında az qoyulmasına baxmayaraq, həmişə baba-ata adları ilə istinad verildiyinə görə heç vaxt unudulmayacağına əmindirlər.

Əlaqədar

Azərbaycanda iki kənd arasında tez-tez qan tökülür, çoxu da ölümlə bitir
Düşmənlə üz-üzə duran kənd ciddi problem yaşayır, tərəflər də özünü haqlı sayır
Azərbaycanlılar və ermənilərin bir yerdə yaşaya bildikləri unikal kənd
Kənd sakinləri hər gecə vahiməli səsə oyanır və gördüklərindən qorxuya düşürlər
Teqlər:
sakin, Tovuz, ləqəb, kənd

Əsas mövzular