CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şaxta baba sərnişinlərin görüşünə gəldi

© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı - Sputnik Azərbaycan
Abunə olmaq
Retro vaqonlarda nostalji səyahət olub

BAKI, 29 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Bakı Metropoliteni" QSC daha bir sosial layihəsini həyata keçirib. Sərnişinlərin bayram əhvalını yüksəltmək məqsədilə keçirilən bu tədbirlərdən biri xüsusi maraq doğurur.

Sputnik Azərbaycan xəbər verir ki, "Nərimanov" elektrik deposundan nostalji ovqatlı vaqona minən Yeni ilin qəhrəmanları Şaxta baba və Qar qız "Nəriman Nərimanov" stansiyasında sərnişinləri salamlayıblar. Yeni ilin ovqatına uyğun səhnələşdirilmiş tamaşanı Qar qız başlayıb. O uşaqları salamlayaraq, onlarla birlikdə Şaxta babanı səsləyiblər.

© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Şaxta baba sərnişinlərin görüşünə gəldi - Sputnik Azərbaycan
Bakı metrosunda Yeni il bayramı

Öz təbiri ilə uşaqların səsinə səs verən Şaxta baba sözü-söhbəti, tapmacaları, atalar sözləri, yanıltmacları ilə retro vaqonda əsl yeni il şənliyi ovqatı yaradıb. Uşaqlardan şeir, nəğmə hədiyyəsini alan Şaxta baba və Qar qız azyaşlı sərnişinlərə Yeni il sovqatlarını paylayıblar.

Hər dəfə ənənəvi sosial layihələrinə yenilik gətirən "Bakı Metropoliteni" QSC Şaxta baba roluna tanınmış aktyor, onlarla tamaşada müxtəlif obrazlar səsləndirmiş, özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə məşhurlaşmış, 40 ilə yaxındır Şaxta baba obrazının ən mahir ifaçılarından biri olan Allahverdi Yolçuyevi dəvət edib. Qar qız obrazında çıxış edən "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin platforma növbətçisi Ruhiyyə Mehdizadəni də azyaşlı sərnişinlər xüsusi rəğbətlə qarşılayıblar.

Uşaqlarla şənləndirən qəhrəmanlar retro vaqonlu qatarla "İçərişəhər" stansiyasına gəliblər. Burada da Şaxta baba və Qar qız sərnişinlərin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara yeni ildə uğurlar və sevinc arzulayıblar.

Daha sonra Şaxta baba və Qar qız retro vaqonda sərnişinlərlə birlikdə yeni görüşlər ardınca növbəti stansiyalara yollanırlar. Onlar retro vaqonlu qatarla "Həzi Aslanov" stansiyasına qədər gedərək, həmin hərəkət tərkibi ilə yenidən "İçərişəhər" stansiyasına qayıdıblar. Dekabr ayının 31-nə qədər retro vaqonların qoşulduğu qatarlarda Yeni ilin əsas personajları üç gün azyaşlı sərnişinlərə hədiyyələr paylayaraq, onları sevindirəcəklər.

© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı  - Sputnik Azərbaycan
1/5
Bakı metrosunda Yeni il bayramı
© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı  - Sputnik Azərbaycan
2/5
Bakı metrosunda Yeni il bayramı
© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı  - Sputnik Azərbaycan
3/5
Bakı metrosunda Yeni il bayramı
© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı  - Sputnik Azərbaycan
4/5
Bakı metrosunda Yeni il bayramı
© Baku Metro Closed Joint-Stock CompanyBakı metrosunda Yeni il bayramı
Bakı metrosunda Yeni il bayramı  - Sputnik Azərbaycan
5/5
Bakı metrosunda Yeni il bayramı
1/5
Bakı metrosunda Yeni il bayramı
2/5
Bakı metrosunda Yeni il bayramı
3/5
Bakı metrosunda Yeni il bayramı
4/5
Bakı metrosunda Yeni il bayramı
5/5
Bakı metrosunda Yeni il bayramı

Qeyd edək ki, yeni ilin gəlişi ilə əlaqədar artıq metronun stansiyalarının vestibüllərində bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifasında canlı musiqi "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" stansiyaların sərnişinlərinə əsl bayram ovqatı bəxş edəcək.

Bayram günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərdə ki, bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.

Xəbər lenti
0