07:39 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
Bakı-Gəncə-Bakı sürət qatarı

Bakı-Gəncə-Bakı sürət qatarı yola çıxır

© ADY-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
137 0 0

Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq

BAKI, 28 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY QSC) 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir".

Bakı-Balakən qatarı
© Sputnik / Shahperi Abbasova

Bu barədə Sputnik Azərbaycan-a ADY QSC-nin mətbuat katibi Sevinc Qədirova məlumat verib.

Məlumata görə, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı ətraflı məlumatlarla daim yenilənən www.ady.az saytı vasitəsilə tanış ola bilərsiniz.

Əsas mövzular