CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni nazir müavini təyin olundu

Abunə olmaq
Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib

BAKI, 28 dekabr — Sputnik. Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

Sputnik Azərbaycan-ın “Report”a istinadla məlumatına görə, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.

Xəbər lenti
0