CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bakı Metropoliteni" sərnişinləri sevindirəcək

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyev “Bakı Metropoliteni”nin “Sahil” stansiyasında görülən işlərlə tanış olub
İlham Əliyev “Bakı Metropoliteni”nin “Sahil” stansiyasında görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Metro stansiyalarında dörd günlük konsert proqramı olacaq

BAKI, 28 dekabr — Sputnik. Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.

Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.

Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

–"İçərişəhər" stansiyası – 11:00 - 12:30

–"Sahil" stansiyası – 12:00 - 13:30

–"28 May" stansiyası – 13:00 - 14:30

–"Elmlər Akademiyası" stansiyası – 14:00 -15:30

Xəbər lenti
0