23:56 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Artıq paytaxtla bölgələr arasında "ayaq döyməyə" ehtiyac qalmayacaq

© Official web-site of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
14008 0 0

Videoəlaqə vasitəsilə başqa-başqa rayonlarda olan şəxslər arasında hər hansı bir əqd bağlana bilər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. 2019-cu ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq. Bu, "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alıb. Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Elyar Həsənov deyib ki, informasiya texnologiyalarının imkanlarının və tətbiqinin artması işləri asanlaşdırır, operativliyi təmin edir: "Hüquq sistemində də bunların geniş tətbiqinə ehtiyac var və çox faydalıdır. Sözügedən Dövlət Proqramında daha təkmil sistemin tətbiqi nəzərdə tutulur. Bu, videoəlaqə vasitəsilə notariat hərəkətlərin həyata keçirilməsidir".

"Yenilik təkcə rayonlarla məhdudlaşmır, xaricdə yaşayan vətəndaşlarımız da bundan istifadə edə bilərlər. Bu proseslərdə xaricdə yaşayan vətəndaşın iradə ifadəsinin notarial təsdiqi də lazım olur. Notariat hərəkətlər bu gün beynəlxalq sistemə inteqrasiya edir" - Həsənov bildirib.

"Bu, tətbiq edilərsə, məsələn, şəxs Qazax rayonundakı notariat kontorunda videoəlaqə vasitəsilə Bakı şəhərindəki notariat kontoruna öz iradəsini bildirəcək, əməliyyatın həyata keçməsinə razılıq verəcək. Bu, videoəlaqə vasitəsilə həyata keçəcək. Artıq həmin şəxsin Bakıya gəlməsinə və yaxud da hər hansı bir sənədi imzalayıb Bakıya göndərməsinə ehtiyac qalmayacaq" - deyə hüquqşünas vurğulayıb.

Onun sözlərinə görə, Proqramdan irəli gələn məsələlərin həllinə dair Nazirlər Kabineti və aidiyyəti qurumlar müvafiq təlimatlara dəyişiklərlə bağlı təkliflər verməlidir: "Məsələn, "Notariat hərəkətlərinin aparılması haqqında" təlimat var və bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Bu sənədə dəyişikliklər edilməlidir. Bütövlükdə bu addımı çox mütərəqqi hesab edirəm və vətəndaşların işini çox asanlaşdıracaq".

Hüquqşünas Azər Nağıyev isə Sputnik Azərbaycan-a bildirib ki, videoəlaqə vasitəsilə başqa-başqa rayonlarda olan şəxslər arasında hər hansı bir əqd bağlana bilər: "Şəxslər eyni vaxtda bir-biriləri ilə onlayn formada əqd bağlaya bilərlər. Bunun üçün şəxslər yaşadıqları ərazi üzrə eyni vaxtda notariat kontoruna yaxınlaşıb bir-biriləri ilə əqd bağlaya bilərlər".

"Bunu innovativ texnologiyaların ölkəmizdə tətbiqi kimi qiymətləndirmək olar. Bu addım vaxt itkisinin, əlavə xərclərin qarşısını alacaq. Bəzi yerlərdə notariat kontoru yoxdur. Həmin yerlərdə notariat xidmətləri səyyar formada həyata keçiriləcək. Həmin yerlərdə yaşayanlar üçün tam şəkildə notariat xidmətləri əlçatan olacaq" - deyə Nağıyev qeyd edib.

Əlaqədar

Bakıdakı bütün notariat kontorlarının fəaliyyəti dayandırıldı
Notariusa işi düşənlər tələsməsinlər - Səbəb
Teqlər:
video, xidmət, notariat kontoru, Sputnik Azərbaycan

Əsas mövzular