CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərinin hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovНовогодняя иллюминация на улицах Баку
Новогодняя иллюминация на улицах Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 01-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq

BAKI, 27 dekabr — Sputnik. Bakıda dekabrın 31-də və yanvarın 1-də gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 01-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 01-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Xəbər lenti
0