05:41 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Azərbaycan Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli

Azərbaycanlı xanıma ÜADA-da vəzifə verildi

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
36 0 0

AMADA-nın direktoru Şəfəq Hüseynli ÜADA-nın Xüsusi İşçi Qrupunun üzvü seçilib

BAKI, 27 dekabr — Sputnik. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyində (ÜADA) məşvərət funksiyasını daşıyan Xüsusi İşçi Qrupuna üzv seçilib.

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
© Official website of President of Azerbaijan Republic NAM

AMADA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən Xüsusi İşçi Qrupunun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin Milli Antidopinq Agentliklərinin, onların proqramlarının, qısa və uzunmüddətli proqramların effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlər, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir. 

Xüsusi İşçi Qrupunun əsas vəzifələrindən biri 2018-ci ilin noyabr ayında ÜADA-nın Təsisçilər Şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində ÜADA-ya dəstək göstərməkdir.

Azərbaycan Milli Antidopinq Agentliyinin cəmi iki il əvvəl yaradılmasını nəzərə alsaq, Azərbaycan nümayəndəsinin ÜADA-nın Xüsusi İşçi Qrupunun işinə cəlb edilməsi ölkəmizdə dopinqlə mübarizə sahəsində görülən işlərin və bu yönümdə aparılan siyasətin effektivliyinin tanınması deməkdir.

Əsas mövzular