17:15 21 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9343
Meşəyə girişdə şlaqbaum

Meşələrimizdə kameralar quraşdırılıb

CC0 / torstensimon / Barrier
CƏMİYYƏT
Qısa URL
37 0 0

"Kameralar 24 saat işləyir və günəş batareyası ilə təmin edilib"

BAKI, 27 dekabr — Sputnik. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq təşkil olunub. 

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə əhalini narahat edən həlli vacib ekoloji problemlərin aradan qaldırılması məqsədilə ETSN tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər, onların həlli yolları, bu işdə ictimaiyyətin və medianın iştirakı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir müavini Firdovsi Əliyevin sözlərinə görə, meşələrin mühafizə edilməsi məqsədilə, artıq 5 rayonun - Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala meşələrində kameralar quraşdırılıb: "Biz düşünürük ki, gələn ildə də bu işlər davam etdiriləcək. Bu yerlər 1650 km məsafəni əhatə edir. Ümumiyyətlə isə 20 min kilometr ərazini əhatə edəcək".

F.Əliyev qeyd edib ki, kameralar, əsasən, meşələrin giriş-çıxışlarında quraşdırılacaq: "Hər yerdə kamera quraşdıra bilmərik. Bu, insanların vicdanına da bağlıdır. Kameralar, eyni zamanda baş vermiş yanğınların səbəblərini göstərəcək. Burada insan faktoru da böyük rol oynayır".

"Kameralar onlayn şəkildə 24 saat müddətində fəaliyyət göstərək. Bu, meşələrin mühafizəsi üçün böyük əhəmiyyətə malikdir. Gələcəkdə kameraların sayı artıralacaq. Kameralar qeyd edilən görüntüləri 48 gün müddətində saxlaya biləcək” - deyə nazir müavini vurğulayıb.

Əsas mövzular