CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdə körpüsü yenidən istifadəyə verilib

© Sputnik / Musa MuradliBərdə körpüsü istifadəyə verilib
Bərdə körpüsü istifadəyə verilib - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin həyata keçirilməsinə 7 milyon manat xərclənib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Bərdədə rayonlar arasında qovşaq rolunu oynayan strateji baxımından əhəmiyyətli körpü bu günlərdə bölgə sakinlərinin istifadəsinə verilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, bununla da əhalinin may ayından davam edən nigarançılığına son qoyulub.

© Sputnik / Musa MuradliBərdə körpüsü istifadəyə verilib
Bərdə körpüsü yenidən istifadəyə verilib - Sputnik Azərbaycan
Bərdə körpüsü istifadəyə verilib

Qeyd edək ki, körpü may ayının ortalarından sökülüb və yenidənqurma işlərinə başlanılıb. Avtomobillərin hərəkətliliyində ciddi çətinliklər səbədindən, sürücülər mənzilə 5-6 km artıq məsafə qət etməklə çata bilirdilər. Alternativ körpü kiçik ölçülü olduğundan, müntəzəm olaraq tıxac problemi yaşanırdı.

© Sputnik / Musa MuradliBərdə körpüsü istifadəyə verilib
Bərdə körpüsü yenidən istifadəyə verilib - Sputnik Azərbaycan
Bərdə körpüsü istifadəyə verilib

Bərdə körpüsünün yenidən istifadəsi ilə yaranan çətinliklər artıq aradan qalxıb. Avtomobillərin hərəkəti həmişəki kimi normal axarına qayıdıb.

Əlavə edək ki, körpüdə aparılan yenidənqurma işləri AAYDA tərəfindən icra olunub. Layihənin həyata keçirilməsinə 7 milyon manat xərclənib.

Xəbər lenti
0