CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət günü bizi gözləyən hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovПасмурная погода в Баку
Пасмурная погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeronda gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcək

BAKI, 22 dekabr — Sputnik. Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı Ağ Şəhər bulvarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu gündən etibarən ölkədə hava şəraiti dəyişəcək

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 4-6°, gündüz 7-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-6° isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, dekabrın 23-dən 25-dək bəzi rayonlarda qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

 

 

Xəbər lenti
0