CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsili müəssisələrində təhsil müddəti dəyişdi

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il olacaq

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə dəyişikliklər edilib.

Kamran Əsədov  - Sputnik Azərbaycan
Ekspert “Ümumi təhsil haqqında” qanunu şərh edir

Bu dəyişikliklərə əsasən, təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il olacaq.

Təhsil müddəti tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 4 il müəyyən edilib.

Tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il olacaq. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

Xəbər lenti
0