CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən etibarən ölkədə hava şəraiti dəyişəcək

Abunə olmaq
Ölkə ərazisində hava mülayimləşəcək, temperatur yüksələcək

BAKI, 22 dekabr - Sputnik. Dekabrın 22-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək. Paytaxtda, eləcə də bölgələrdə hava, əsasən, yağmursuz keçəcək. Şimal-şərq küləyi üstünlük təşkil edəcək. Sabah hərarətin paytaxtda 6-8°, bölgələrdə 8-13° isti, dağlıq ərazilərdə isə 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Direktor bildirib ki, dekabrın 23-24-də hərarətin ötən günlərlə müqayisədə tədricən 2-3° yüksələcəyi proqnozlaşdırılır. Temperaturun paytaxtda 9-11°, bölgələrdə 9-14°, dağlıq ərazilərdə isə 3-5° isti olacağı bildirilir. 

Xəbər lenti
0