CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Televiziya kanalları az büdcə ilə keyfiyyətli film əldə etməyə çalışır"

© Sputnik / Murad OrujovПрофессор Бакинского Государственного Университета Гулу Магеррамли
Профессор Бакинского Государственного Университета Гулу Магеррамли - Sputnik Azərbaycan
Abunə olmaq
Qulu Məhərrəmli: "Maya dəyəri aşağı olan filmlərin dublyaj keyfiyyəti də aşağı olur"

BAKI, 21 dekabr — Sputnik. "Dublyaj sənətdir və onu gözdən salmaq olmaz". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində əkeçirilən tədbirdə media eksperti Qulu Məhərrəmli deyib.

O bildirib ki, hazırda bizdə bu sahədə problemlər mövcuddur: "Müntəzəm olaraq hansısa filmlər dublyaj edilir, ancaq keyfiyyətli işlər çox azdır. Düşünürəm ki, peşəkar işin ərsəyə gəlməsi üçün bu işlə peşəkarlar məşğul olmalıdır".

"Dublyaj işi çox məsuliyyətlidir. Burada səslə obraz yaratmaq lazımdır. Hazırda yerli televiziya kanalları çalışır ki, az büdcə ilə keyfiyyətli film əldə etsinlər. Bu, qeyri-mümkündür. Maya dəyəri aşağı olan filmlərin dublyaj keyfiyyəti də aşağı olur" - deyə Q.Məhərrəmli vurğulayıb.

Xəbər lenti
0