14:01 16 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8926
Restoranda ət

Vəhşi heyvan əti satan restoranlar bağlana bilər

© CC0 / webandi / Schnitzel
CƏMİYYƏT
Qısa URL
8217 0 0

Nazirlik: Həmin heyvanlar hansısa heyvani xəstəlik daşıyıcısı olar və insanlar bunu yoluxa bilərlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Bir neçə gün əvvəl 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın vurulduğunu müşahidə ediblər.

Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə təhqiqat aparılır.

Hikmət Əlizadə
© Sputnik / Irade JELIL
Hikmət Əlizadə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, insanların qanunu bilməməsi onları məsuliyyətdən azad etmir: "Əgər şəxs ov fəaliyyəti ilə məşğul olmaq istəyirsə, əlinə tüfəng götürürsə, ən azı silahla davranmağı bacarmalıdır. Ov özü ən azı həyati risk ehtiva edir. Bu insan əlində silahla gedirsə, özünə də başqalarına da xəsər yetirə bilər".

"Şəxs ova gedirsə, bilməlidir ki, hansı növ "Qırmızı Kitaba" düşüb, hansı növ həssas növdür, hansı növün sayı azdır. Oxşar növlər var. Ovçu quşun rəngindən tutmuş, uçma taktikasına, trayektoriyasına qədər bilməli və sonra ov etməlidir. Əks halda ova getməməlidir" – H.Əlizadə deyib.

O, əlavə edib ki, ovla məşğul olmaq istəyən şəxs "Qızrmızı Kitabla" maraqlanmalıdır: "Adı "Qırmızı Kitab"a düşmüş 223 növ heyvanı bilməlidir. Bilmirsə, ovdan çəkinməlidir. Çünki bilməyərəkdən belə, edilən qanun pozuntusu vəziyyəti dəyişmir. Əksər hallarda isə, bilərəkdən olur".

"Əks halda ovçular yüksək məbləğdə cərimə ediləcəklər. Biz artıq bu insanlar haqqında müraciət etmişik. Onlar müəyyən edildikdən sonra azadlıqdan məhrum olunacaqlar. Bundan əvvəl ayı ovu olmuşdu. Həmin insanlar haqqında istintaq gedir. Yəqin ki, həmin şəxslər həbs ediləcəklər. İnsan qanunu bilmirsə, bu, onun günahıdır. Öyrənməli və sonra əlinə silah götürməlidir" – müsahibimiz bildirib.

H.Əlizadə onu da vurğulayıb ki, çox zaman ov edən şəxslər həmin ovu restoranlara, iaşə müəssisələrinə satır: "Restoranlar, iaşə obyektləri bilməlidir ki, ovçulardan alıb, vətəndaşlara satdıqları quş və ya vəhşi heyvanlar həyati təhlükə daşıyır. Bu heyvanlar baytar nəzarətindən keçmir. Həmin heyvanlar hansısa heyvani xəstəlik daşıyıcısı ola bilər və insanlar həmin xəstəliyə yoluxa bilərlər".

"Ov edən insanlar çox zaman bunu restoranlarda, bazarlarda satırlar. Restoranlar, bazar alverçiləri bu heyvanları almasa, ovçular da vurmaz. Restoranlar oğurluq əmtəələrini realizə edir. Bu səbəbdən də restoranlar da bilməlidir ki, hansısa vəhşi heyvan, quş ətini alırsa və satırsa, qanunu ciddi şəkildə pozur" - deyə Əlizadə əlavə edib.

Nazirlik rəsmisi onu da deyib ki, ETSN tərəfindən bununla bağlı ciddi tədbirlər həyata keçirilir: "Hətta belə restoranların bağlanması məsələsi də ortaya qoyulacaq. Restoran sahibləri bilməlidir ki, bu, çox təhlükəli işdir. Onlar insanların həyatlarını təhlükə altına atırlar".

Əlaqədar

Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Azərbaycanda ov etmək istəyən əcnəbilərə xəbərdarlıq edildi
Məktəbli ov tüfəngi ilə sinif yoldaşını güllələdi
Ov tüfəngləri müsadirə olunub
Teqlər:
cəza, cərimə, Hikmət Əlizadə, maral, ov, heyvan, vəhşi

Əsas mövzular