16:16 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Avtomobil bazarı

Avtomobillər bahalaşmağa başlayıb

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
261 0 0

Gələn il yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir

BAKI, 17 dekabr — Sputnik. "Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri nöbəti ilin yanvarın 1-dən etibarən artırılacaq. Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, mühərrik həcmindən asılı olaraq vergilərin müxtəlifliyindən söz açıb: "Avtomobillərin mühərriklərinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Öncələr bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün 400 manat, bundan əlavə, mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idi. Artıq gələn ildən etibarən 3000 kubsantimetrədək olan avtomobillər üçün 600 manat, mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat olacaq".

İqtisadçı dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edildiyini deyib: "Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izahedilməzdir".

"Avtomobil idxalında aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu səbəbdən növbəti illərdə bu faktor həm ekoloji problemə, həm də tıxacların yaranmasına səbəb ola bilər" - deyə alim vurğulayıb.

V.Bayramovun sözlərinə görə, bu cür problemlərin yaranmaması üçün mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi: "Lakin gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının cüzi olması məqsədə uyğun idi. Ümumlikdə gələn il, xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir".

Əlaqədar

Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək
Biznes mərkəzi avtomobillərin üzərinə düşdü - VİDEO
Putinin avtomobili G-20-yə damğa vurdu - FOTO
Sərxoş vəziyyətdə avtomobil idarə edərək, piyadanı vurub öldürən sürücü saxlanılıb
Avtomobil həvəskarlarının nəzərinə: İki yapon modelinin qiymətləri sürətlə düşür
Teqlər:
mühərrik, alim, Vüqar Bayramov, aksiz, vergi, avtomobil

Əsas mövzular