18:04 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Avtovağzal

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

© Photo: APA
CƏMİYYƏT
Qısa URL
26 0 0

Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər

BAKI, 14 dekabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə sabahdan yanvarın 3-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BBAK-ın Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, 200-dən çox ehtiyat avtobus ayrılıb: "Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə, təxminən, 9 min sərnişin avtovağzaldan yola salınır. Sərnişinlər biletləri BBAK-ın kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə BBAK-ın mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq. Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər".

Əsas mövzular