07:45 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9323
Təyyyarə bələdçiləri, arxiv şəkli

Təyyarə bələdçisi olmaq istəyən xanımların nəzərinə

© AP Photo / Petros Giannakouris
CƏMİYYƏT
Qısa URL
13 0 0

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər

BAKI, 14 dekabr — Sputnik. "Azərbaycan Hava Yolları"nda (AZAL) təyyarə bələdçisi işləmək istəyən xanımları işə dəvət edir. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları"ndan məlumat verilib.

Məlumata görə, sənəd qəbulu 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları"nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Əsas mövzular