CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" - FOTOLAR

© Sputnik / Rahim Muradov"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük Beynəlxalq simpozium
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani mövzusunda ikigünlük Beynəlxalq simpozium - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyx Zahid Gilaninin Lənkəran rayonu Şıxakəran kəndində yerləşən məqbərəsi ziyarət olunacaq

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. Dekabrın 13-də Lənkəran Dövlət Universitetində beynəlxalq tədbir keçirilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük beynəlxalq simpozium AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Konya Nəcməddin Ərbakan Universiteti və TİKA-nin birgə təşkilatçılığı ilə bu gün işinə başlayıb.

© Sputnik / Rahim Muradov"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük Beynəlxalq simpozium
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani - FOTOLAR - Sputnik Azərbaycan
"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük Beynəlxalq simpozium

Universitetin Böyük akt zalında keçirilən tədbir Azərbaycan və Türkiyənin dövlət himlərinin səslənməsi ilə işinə başlayıb. Simpoziumu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçıları salamladıqdan sonra tədbirin gündəliyi məqsəd və məramı barədə məlumat verib. Tədbirdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev Lənkəranda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyarətgah olduğunu və şəhərin mərkəzi küçələrindən birinin onun adını daşıdığını qeyd edib. Daha sonra Konya Nəcməddin Ərbakan Universitetinin əməkdaşı professor Əhməd Taşkın, Kastomonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları professor Şahin Fazil və dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, xeyirxah əməlləri və sair barədə söz açıblar.

Rəsmi hissədən sonra Bolqarıstanın məşhur "Səma" rəqs qrupunun, xanəndə Ağakərim Nafizin, ozan Fəxrəddin Salimin çıxışları olub.

© Sputnik / Rahim Muradov"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük Beynəlxalq simpozium
Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani - FOTOLAR - Sputnik Azərbaycan
"Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani" mövzusunda ikigünlük Beynəlxalq simpozium

Qeyd edək ki, simpoziumun 1-ci günü "Klassik mənbələrdə Şeyx Zahid", "Müasir tədqiqatda Şeyx Zahid", "Şeyx Zahid və xalq ədəbiyyatı" mövzularında məruzələr dinlənilib. Simpoziumun ikinci günü "Şeyx Zahid mühiti və mədəni irsimiz", "Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi", "Şeyx Zahidin həyatı və fəaliyyəti", "Şeyx Zahid məktəbinin ardıcılları" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq və günün sonunda isə Şeyx Zahid Gilaninin Lənkəran rayonu Şıxakəran kəndində yerləşən məqbərəsi ziyarət olunacaq.

Xəbər lenti
0