CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Senator”ları sərhəddə saxladılar

© Sputnik / Rahim MuradovAstara İxrac Gömrük Nəzarət Xətti
Astara İxrac Gömrük Nəzarət Xətti - Sputnik Azərbaycan
Abunə olmaq
Gömrük orqanına bəyan olunmayan 5 000 ədəd siqaret aşkarlanıb

BAKI, 13 dekabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5 000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0