CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gündən etibarən ehtiyatlı olun, ciddi problemlə üzləşə bilərsiniz

© Sputnik / Anar Mustafayevİctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli
İctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sizə yaxınlaşıb "Day-day, bir siqaret olar" deyən yeniyetmələrlə diqqətli olun

BAKI, 11 dekabr — Sputnik. "Siqretdən istifadə ilə bağlı daha iki ciddi cərimə müəyyən olunub. Düşünürəm ki, sahibkarlar xüsusən diqqətli olmalıdırlar".

Сигареты, фото из архива - Sputnik Azərbaycan
Siqaretlə bağlı yeni cərimələr bu gündən qüvvəyə minir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir:

212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi - yüz manat məbləğində cərimə edilir.

212.5. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

"212.3-cü maddəni qısa şərh etsək, belə aydın olur ki, 18 yaşı çatmayan şəxsə siqaret vermək, ona siqaret almaq, yaxud ona siqaret çəkməyi təklif etmək 100 manat cəriməyə səbəb ola bilər. Ona görə də sizə yaxınlaşıb "Day-day, bir siqaret olar" deyən yeniyetmələrlə ehtiyatlı olun" - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, ikinci xəta (212.5-ci maddə) isə həm marqlıdır, həm də ciddi mübahisələr vəd edir: "Çünki bu cərimə sahibkarlara və hüquqi şəxslərə tətbiq oluna biləcək. Marqlısı odur ki, İXM-in 212-ci maddəsi iş yerlərində və müxtəlif obyektlərdə "siqaret çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün 1000 manat). Belə olan halda "tütün çəkilməsinin qarşısının alınmaması" ifadəsinin nəyi ehtiva etdiyi bir qədər mücərrəd qalır".

"Şübhəsiz ki, məsələn, obyektində siqaret çəkildiyini görən sahibkar həmin adamın əlindən siqareti ala bilməyəcək. Bu, yolveriməz və təhlükəlidir. Uzaq başı, ona sözlə xatırlada biləcək ki, bizdə siqaret çəkilmir. Bu da sözdür və əslində buna da ehtiyac yoxdur, çünki obyektin divarında belə qadağanı bildirən yazı onsuz da olmalıdır. Düşünürəm ki, 212.5-ci maddə problem yaradacaq" - deyə Ə.Hüseynov vurğulayıb.

© © KarikaturaSiqaret 18+
Bu gündən etibarən ehtiyatlı olun, ciddi problemlə üzləşə bilərsiniz - Sputnik Azərbaycan
Siqaret 18+
Xəbər lenti
0